“Mən qida etiketlərindəki ‘gizli’ dili hər kəsin anlayacağı ‘sağlamlıq’ dilinə tərcümə edirəm. Məqsədim – istehsalatın görünməyən tərəflərini aşkar edərək, süfrənizə gedən yolu şəffaflaşdırmaqdır.”

QidaAkademiyası.az—qida təhlükəsizliyi, qida mühəndisliyi və istehlakçı maarifləndirilməsi sahəsində ixtisaslaşmış müstəqil media resursudur.

Portalın yaradılmasında əsas məqsəd akademik biliklərlə praktiki sahə təcrübəsini birləşdirərək, cəmiyyətə elmi əsaslı, lakin sadə dildə izah olunmuş dürüst informasiya çatdırmaqdır. Biz qida zəncirinin hər bir mərhələsini — tarladan rəfə, rəfdən süfrəyə qədər olan prosesi mühəndis prizmasından təhlil edirik.

Fəaliyyət İstiqamətlərimiz:

  • Sağlam Gələcək: Uşaq qidalanmasından toksikoloji təhlükəsizliyə qədər geniş spektrdə maarifləndirici layihələrin icrası.

  • İstehlakçı Müdafiəsi: “Marketinq tələləri”nin ifşası və məhsul seçimində düzgün meyarların təbliği.

  • Peşəkar Dəstək: Qida mühəndisliyi tələbələri üçün karyera planlaması və sahəyə adaptasiya üzrə rəhbərlik.

  • Media və Ekspertiza: Qida savadlılığının artırılması məqsədilə mediada ekspert rəylərinin və analitik məqalələrin dərci.

Prinsiplərimiz:

Biz öz fəaliyyətimizdə Azərbaycan Respublikasının “Media haqqında” Qanununu rəhbər tutur, jurnalistikanın etik normalarına və şəffaflıq prinsiplərinə sadiq qalırıq. Məqsədimiz hər bir vətəndaşın nə yediyini bilmək hüququnu qorumaq və sağlam gələcəyə töhfə verməkdir.

Baş redaktor / Təsisçi: İlkin Şirinov

Əlaqə: foodbase@gmail.com

Ünvan: Sumqayıt şəh., 17-ci mkr

Sağlam Gələcək

Uşaqların qidalanmasından tutmuş, gündəlik rasionda istifadə olunan məhsulların toksikoloji təhlükəsizliyinə qədər maarifləndirici layihələr.

Təlimlər

Ekspert olaraq mediada düzgün çıxış və məlumatın sadə dildə xalqa çatdırılması yolları

Karyera

Qida mühəndisliyi tələbələri üçün karyera planlaması və praktiki sahəyə adaptasiya məsləhətləri.

Konsultasiya

Marketlər və ya qida obyektləri üçün keyfiyyətə nəzarət sistemlərinin qurulması.