Son vaxtlar bazarlarda şişirdilmiş toyuğun qaz və ya hinduşka adı ilə satılması ilə bağlı iddialar istehlakçılar arasında narahatlıq yaradıb. Bəs, şişirdilmiş toyuğun qaz və ya hinduşka adı ilə satılması sağlamlıq üçün nə dərəcədə təhlükəlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov qeyd edib ki, süni şəkildə şişirdilmiş quş ətlərinin qida rasionunda yeri olmamalıdır:
“Şişirdilmiş toyuq, qaz, hinduşka bizə deyil. Bu gün kifayət qədər həm şəxsi, həm də broyler təsərrüfatları var. Broylerlərə tez çəki almaq üçün verilən xüsusi yemləri bir kənara qoyuram. Amma şişirtmə məsələsi ümumiyyətlə qidamıza yaxın buraxılmamalıdır”.
Ekspertin sözlərinə görə, quş ətlərinin su və ya müxtəlif qazlarla şişirdilməsi onların tərkibində bakteriyaların sürətlə çoxalmasına şərait yaradır:
“Toyuq, hinduşka və qaz ətində kiçik bir zəiflik belə bakterioloji vəziyyətin kəskin artmasına səbəb ola bilər. Bu isə artıq orqanizm üçün zərərli hala çevrilir və ciddi sağlamlıq riskləri yaradır”.
İlkin Şirinov əlavə edib ki, burada təkcə sağlamlıq deyil, eyni zamanda istehlakçıların aldadılması faktoru da ön plandadır:
“Ətin qiymətinə uyğun olaraq quş ətinə tələbat artır. Bəzi işbazlar isə bu fürsətdən istifadə edib bir yox, beş qazanmaq istəyirlər. Artıq çəki yaratmaq üçün müxtəlif üsullara əl atırlar. Bu isə yolverilməzdir. Bu, həm istehlakçının aldadılması, həm də markalanma prosesinin pozulmasıdır ki, bu da qanunsuzluq sayılır”.
Mütəxəssis vətəndaşlara quş əti alarkən məhsulun mənşəyinə, görünüşünə və etiket məlumatlarına diqqət yetirməyi tövsiyə edir.
Son günlər vətəndaşlardan “Araz” marketdən aldığı ətin istifadəsi ilə bağlı müşahidə diqqət çəkib. Ət düzgün çəkilib, göyərti ilə qarışdırılaraq buzluğa qoyulsa da, hələ də qırmızı rəngini qoruyub və bu, insanlar arasında suallar yaradıb. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, ətin rəngi və keyfiyyəti əsasən saxlama şəraitindən asılıdır: “Ət qapalı, hava…
“Çinar” süd məhsulları müəssisəsinin istehsalı olan “İvanovalı” şor məhsulunun içindən qəribə formalı ağ maddə çıxıb. Bakupost.az xəbər verir ki, bu barədə bir vətəndaş sosial mediada paylaşım edərək, ağ maddənin nə olduğunu bilmədiyini qeyd edib. Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirib ki, şorun içindən ağ rəngdə bərk maddənin çıxması narahatlıq yarada biləcək məsələdir: “Çünki bu…
Bakıda çiyələk mövsümünün vaxtından tez başlaması həm maraq, həm də müəyyən narahatlıqlar doğurur. Əvvəllər yalnız xüsusi marketlərdə və ya butik piştaxtalarda rast gəlinən bu meyvənin indi paytaxtın hər küncündə qarşımıza çıxması onun mənşəyi və sağlamlığa təsiri barədə sualları artırır. Məsələ ilə bağlı Demokrat.az-a danışan qida eksperti İlkin Şirinov bildirib ki, hər bir meyvə və tərəvəzi öz…
Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana İndoneziya və Malayziyadan 41 min 26,5 ton xam palma yağı idxal edilib. Onlardan 35 min 768,8 tonu İndoneziyadan, 5 min 257,7 tonu isə Malayziyadan gətirilib. Maraqlıdır, ölkəmizdə ən çox hansı məhsullarda bu yağdan istifadə olunur? Palma yağının orqanizmə hansı zərərləri var? Qida eksperti İlkin Şirinov Bakupost.az -a bildirdi ki, palma…
Bazarda mənşəyi və keyfiyyəti şübhə doğuran ət məhsulları ilə bağlı narahatlıqlar artıb. Bu vəziyyət istehlakçıların sağlamlığı baxımından ciddi risklər yaradır və qida təhlükəsizliyi məsələsini gündəmə gətirir. Bəs, vətəndaşlar istehlaka yararsız və ya təhlükəli ət məhsullarını normal və keyfiyyətli ətdən necə fərqləndirə bilər? Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, əhali arasında…
Məişət texnikası alarkən istehlakçılar tez-tez məhsulun qiyməti, brendi və dizaynına diqqət yetirirlər, lakin bir sıra vacib məqamlar və gizli risklər çox vaxt nəzərə alınmır. Aşağı keyfiyyətli texnika elektrik təhlükəsizliyi, yanğın riski və zəhərləyici materiallardan istifadəyə görə ciddi təhlükələr yarada bilər. Eyni zamanda, məhsulun enerji səmərəliliyi, sertifikatları və zəmanət müddəti kimi parametrlərin yoxlanılması həm uzunmüddətli xərclərin…